Gənc yaşda dünyasını dəyişən meyxanaçılar - Onlar niyə uzun yaşamır?

Gənc yaşda dünyasını dəyişən meyxanaçılar - Onlar niyə uzun yaşamır?Məşhur meyxanaçı Elnur Valehin gənc yaşda vəfat etməsi xəbəri böyük kədər hissi ilə qarşılanıb. Uzun zamandır şəkərli diabet və böyrək çatışmazlığından əziyyət çəkən söz ustası bir neçə gün öncə toydan çıxarkən halı pisləşərək komaya düşmüşdü. Aldığı bütün müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli olan meyxanaçıdan bir azyaşlı qız övladı yadigar qalıb.
azxeber.com bu dəfə gənc yaşda dünyasını dəyişmiş meyxanaçıların qısa xatırlatmasını təqdim edir.
Kəbir Azəri – İlk dəfə meyxana deməyə 12 yaşında başlayan Kəbir Azərinin meyхanalarının əsas mövzusu canlı həyat hadisələrinin təsviri, insan təbiətindəki nöqsanları ifşa, vətənə məhəbbət, qələbəyə inam hissi оlub. O, 1997-ci ilin yanvarın 19-da meyxanaçı Nizami Rəmzi ilə birgə yol qəzasında həlak olub. Bu zaman onun 37 yaşı var idi.
Mirsadıx Məştağalı da avtomobil qəzasında həyatını itirən meyxanaçılardandır. 2010-cu ildə avtomobili "Kamaz"la toqquşan Mirsadıx 3 gün koma vəziyyətində qalıb və 31 yaşında vəfat edib.
Elçin Məştəğalı (Atakişiyev) ən yaxın dostu tərəfindən söyüş söydüyünə görə bıçaqlanaraq qətlə yetirilib. Xəstəxanaya gec çatdırıldığı üçün güclü qanaxmadan dünyasını dəyişib. Onun şəxsi vikipediyasında yer alan məlumatlara görə Elçini 11 fevral 1994-cü ildə ən yaxın dostu və həmkarı Məşədibaba bıçaqlayaraq öldürüb. Yüngül yaralanan 26 yaşlı meyxanaçı xəstəxanaya gec çatdırıldığına görə qanaxmadan dünyasını dəyişib. Nəticədə aralarından su keçməyən iki dostdan biri digərinin qatilinə çevrilir.
Məşədibaba – 1994-cü ildə yaxın dostunu qətlə yetirdiyi üçün 6 il müddətinə həbs olunur. Şahidlərin sözlərinə görə 2000-ci ildə həbsdən çıxan şairin ilk getdiyi yer Elçinin məzarı olur. Habsdən çıxandan sonra içki aludəçisi olan Məşədibaba ailəsini itirir, xanımı oğlu Mircəlal ilə birlikdə atası evinə geri ayıdır. Xanımını evə qaytarmaq üçün onun evinə gedən 39 yaşlı meyxanaçı rədd cavabı aldığı üçün üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.
Vüqar Biləcəri - Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir. İlk dəfə "De gəlsin" yarışmasına qatılan Vüqar münsiflərin səsverməsi ilə 2-ci yerə qədər yüksəlib. Deyilənə görə 25 yaşına qədər tütün məmulatlarından istifadə etməyən meyxanaçı, bir həmkarının ucbatından narkotika aludəçisinə çevrilir. Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. O, 32 yaşında vəfat edib.
Aydın Xırdalanlı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii yaradıcılıq fakültəsinin kütləvi tamaşalar rejissorluğu ixtisasında təhsil alıb. Məhz şəxsi istedadı və ustaddan aldığı dərs sayəsində dini ehkamları və qəzəliyyatı yaxşı bilirdi. 1995-ci ildən meyxana deməyə başlayıb. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub. Alkoqol və narkotikdən asılı vəziyyətə düşən meyxanaçı sağlamlığı ilə bağlı ciddi problemlərlə üzləşib. Sənətkar həyatının son dövründə depressiyada idi. 2018-ci ildə özəl xəstəxanaların birinə aparılan Aydın Xırdalanlıda müayinə zamanı qaraciyər serrozu aşkarlanıb. O, 42 yaşında dünyasını dəyişib.
Elçin Alatavalı - vaxtı ilə ən hazırcavab meyxanaçı kimi tanınıb. Lakin o, sonralar efirlərə çıxmaqdan imtina edib. Elçin uzun sürən xəstəlikdən sonra ötən il dünyasını dəyişib.
Vüqar Coratlı – 37 yaşlı meyxanaçı səhhətində yaranan problemə görə qəfil dünyasını dəyişib. O, ANS-də yayımlanan məşhur "De Gəlsin" meyxana yarışmasının iştirakçılarından olub. Corat qəbristanlığında dəfn edilib.
Nizami Rəmzi - Azərbaycanda ilk musiqili meyxanananın yaradıcısı kimi bilinən meyxanaçı məhz Nizami Rəmzidir. Nizami Rəmzi meyxananı daha da təsirli, maraqlı, sevilən edərək özünü novator kimi təsdiq edə bilib. Onun sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində populyarlıq qazandı və o ilk dəfə müğənni ilə duet ifa edən meyxanaçı olaraq tarixə düşdü. 50 yaşlı meyxanaçı 1997-ci il yanvarın 19-da meyxana ustası Kəbir Azəri ilə birgə keçirdiyi avtomobil qəzasında həlak olub.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son xəbər xankendi son.xeberler