Gəncə sakini raket hücumu zamanı onu dağıntılar altından çıxaran oğlanla ailə qurdu - FOTO
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.
Mərasimdən fotoları aparıcı Lalə Azərtaş yayımlayıb. O, Talış adlı oğlanla ailə qurub.
"Sevil öz yarı ilə rəsmi nikaha girdi. Allah onları bir ömür xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideynini itirən Sevil və Hüseynin (qardaşı - red.) öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsmlərini görək", - deyə, L.Azərtaş bildirib.
Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.
Xatırladaq ki, Sevil və Talışın nişan mərasimi ötən ilin mayında olub.




/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR