Gəncədə evdə YANĞIN - xəsarət alan var - YENİLƏNDİ
Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub, xəsarət alan var.
KONKRET.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və 25 canlı qüvvəsi cəlb olunub.
Şəhər sakini, A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın yanması nəticəsində ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub və tibbi yardım göstərilib.
Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.
5:50
Gəncə şəhərində mənzildə yanğın nəticəsində 1 nəfər xəsarət alıb.
KONKRET.azxəbər verir ki, hadisə Çarıqçılar küçəsində qeydə alınıb.
Küçədəki evlərin birində divan naməlum səbəbdən yanıb. Bu zaman divanda yatan 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb.
O, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi