Gəncədə yataqxanada çıxan yanğında zəhərlənənlərin son vəziyyəti açıqlandı
Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində baş verən yanğın hadisəsi ilə əlaqədar 2 təcili tibbi yardım briqadası cəlb edilib.
KONKRET.azxəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, 1962-ci il təvəllüdlü (qadın cinsli) şəxsə hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü (kişi cinsli) şəxs isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.
"Hazırda Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir", – deyə əlavə edilib.
Qeyd edək ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var