Gəncənin deputatı Elgün haqda danışdı: "Cinayətkar cəzasız qalmayacaq
Xəbər verdiyimiz kimi, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi olan Elgün İbrahimov hələlik istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.
Elgünün qətli ilə bağlı sosial şəbəkədə kampaniya başladılıb.
Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev baş vermiş hadisə ilə bağlı azxeber.com-a açıqlama verib.
Deputat baş vermiş hadisədən kədərləndiyini bildirərək, cinayətkarların cəzasız qalmayacağını bildirib:
"Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülürəm və kədərlənirəm. Azərbaycan Polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin.
Deputat deyib ki, normal insan belə bir cinayət törədə bilməz:
"Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideyinlər, aidiyyatı qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir. Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidləri puç olmazdı. Heyif..."
Günel Hüseynli

Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO
Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı
Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batdı
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
4 yaşlı uşağı maşın vurdu
"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert
Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto