Gənclərin festivalı "Yay Fest 2025"ə start verildi

Gənclərin festivalı Azərbaycanın ən böyük və ən sevilən gənclər festivalı "Yay Fest" bu il də Şamaxıda öz qapılarını gənclərə açıb. 2025-ci il "Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil edilən festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Təbiətin qoynunda və çadır formatında təşkil edilən festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına, şəbəkələşməsinə dəstək, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, yaradıcı və təşəbbüskar gəncliyin formalaşdırılmasıdır. Bu il "Konstitusiya və Suverenlik İli"nə həsr edilən festival çərçivəsində Konstitusiya prinsiplərinin təbliği, Qarabağ zəfərinin 5 illiyinin qeyd edilməsi, gənclərin milli ruhunun artırılması, dövlətçilik dəyərlərinə sadiqliyin möhkəmləndirilməsi, milli ideoloji hazırlığının gücləndirilməsi və dövlətin hüquqi, suveren biliklərinin artırılması istiqamətində müxtəlif təlimlər və sessiyalar təşkil ediləcəkdir. 
7 iyul-29 avqust tarixlərini əhatə edəcək festival müddətində "Milli-mənəvi dəyərlər", "Həmrəylik", "Humanizm", "Ədalət və qanun", "İnkişaf", "Vətənpərvərlik", "Müstəqillik tarixi" və "Qalib diplomatiya" adlı 8 ardıcıl düşərgə həyata keçiriləcək. 2 ay boyunca davam edəcək festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən təmin edilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən "Yay Fest"ə 7 iyul tarixində start verilib. Düşərgə iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimi zamanı Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasının gənclərimizin dövlətçilik prinsiplərinə daha dərindən yiyələnməsi, hüquqi biliklərinin möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşması baxımından əhəmiyyətli imkanlar yaradacağını qeyd edib.
Düşərgə müddətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfərimizə və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş görüşlər keçiriləcək. Peşəkar təlimçilər tərəfindən açıq havada müxtəlif mövzular üzrə təlimlər və panel müzakirələr, Konstitusiya, suverenlik və milli dəyərlər mövzularında interaktiv sessiyalar və vörkşoplar təşkil ediləcək, master-klasslar, idman yarışları, intellektual oyunlar və konsert proqramları həyata keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün seçimlərə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün "Yay Fest"in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.
Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı Gənclərin festivalı / azxeber.com

İqtisadiyyat       Tarix: 09 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun son xeber cebheden xeberler son xeberler azerbaycan