"Gənclərin Liderlik Akademiyası – 4" düşərgəsi yekunlaşdı
17–21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Liderlik Akademiyası – 4" düşərgəsi keçirilib.
Beş gün davam edən düşərgə çərçivəsində gənclər "Sosial təşəbbüskarlıq və ictimai liderlik", "Effektiv ünsiyyət və konfliktlərin idarə olunması" kimi mövzular üzrə təlimlərdə və "Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, "Parkur Challenge", "Xəzinə axtarışı", "Spagetti Qalası", Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib. Bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.











/ azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma