General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən "alpinistlər"in cəzası azaldıldı

General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
KONKRET.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə qüvvədə olan hökm qismən dəyişdirilib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə təqsirləndirilən Cavid Süleymanovun cəzası 1 il azaldılaraq 8 ilə, Əhməd Əhmədovun cəzası isə 3 il azaldılaraq 5 ilə endirilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.
Cavid Süleymanovun vəkili Elmar Süleymanov APA-ya açıqlamasında apellyasiya məhkəməsinin qərarından narazı qaldıqları deyib: "Müdafiə etdiyim şəxsin psixoloji problemləri olması ilə bağlı ekspertiza təyin olunmasını istəsək də, məhkəmə vəsatəti təmin etmədi. Tezliklə qərardan kassasiya şikayəti veriləcək".
İttihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
Zərərçəkənlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V. Mirzəyevə 167 min manat ziyan vurulub.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.//APA

Hadisə       Tarix: 30 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri cəbhədən son görüntülər butun xeberler xeberler bu qun