General polkovniki ittiham etdi: 'Başımın altında ilan saxlamışam

General polkovniki ittiham etdi: 'Başımın altında ilan saxlamışamMüdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
azxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, dekabrın 8-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik Rafael Xələfovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri elan edilib.
Rafael Xələfov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2019-cu ildə 2-ci ordu korpusunda maliyyə idarəsinin müfəttişləri - Həsən Paşayev və Süleyman Abbasov, nəzarət və təftiş şöbəsinin əməkdaşı Namiq Poladov yoxlamalar aparıblar. Onun ifadəsinə görə, yoxlama aparan şəxslər hərbi hissələrdə əlavə vəsaitlərin olmasını müəyyən ediblər və həmin vəsaitlər ona verilib. Qeyd edib ki, hərbi hissələrdən gətirilən pullar onun özü tərəfindən Nizami Məmmədova çatdırılıb.
Rafael Xələfov qeyd edib ki, yığılan pullar 5 min və 120 min manat arasında olub. O bildirib ki, Nizami Məmmədovun hərbi hissələrdə mənimsəmə faktlarından xəbəri olub. Şahidin sözlərinə görə, hərbi hissələrdən birində aparılan yoxlamalar zamanı əldə olunan vəsaitləri Həsən Paşayev 40 min, Süleyman Abbasov isə 60 min manatı ona verib, o da həmin pulları Nizami Məmmədova çatdırıb. Rafael Xələfov ifadəsində həmçinin ona 40 min manatın çatmasını da təsdiqləyib.
Məhkəmədə çıxış edən Rafael Xələfov elan olunan istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Amma o, ilkin izahatını təsdiq etməyib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran şahid deyib ki, yoxlama və təftiş zamanı yığılan pulların 50 faizi Nizami Məmmədova çatıb, yerdə qalan pullar isə digər şəxslər arasında bölünüb.
Suallara cavab verən şahid deyib ki, 2-ci ordu korpusunda aparılan yoxlama zamanı 2 milyon 500 min manat yeyinti aşkar edilib. O deyib ki, təqsirləndirilən Bayram Bayramov Nizami Məmmədovun ən yaxın adamı olub.
İzahat verən Bayram Bayramov bildirib ki, onun Nizami Məmmədovla şəxsi münasibəti olmayıb, yalnız xidmətdə tabeçilik əlaqələri olub. Onun sözlərinə görə, yoxlamalar zamanı 950 min manatı Həsən Paşayevə verib: "Həsən Paşayev də həmin pulu Rafael Xələfova çatdırıb. İndi həmin vəsaitin 700 min manatı etiraf olunur. Qalan pulun kimə çatdığı bilinmir".
Daha sonra çıxış edən Nizami Məmmədov deyib ki, yoxlama aparan və yoxlaması aparılan şəxsləri heç vaxt xidməti otağına çağırmayıb və onlarla söhbət etməyib: "Bu işlərlə Rafael Xələfov məşğul olub. Mən də ona inanmışam. Buna görə də başqa şəxslərlə söhbət aparmamışam. Bunu etsəydim, düzgün olmazdı. Bu nəzarətə nəzarət olardı. Mən Rafael Xələfova bu işlərdə inanmışam, ona hər şeyi etibar etmişəm. Nə biləydim ki, başımın altında ilan saxlayırmışam. Rafael Xələfov istintaq zamanı xarakterini, məhkəmədə isə tərbiyəsini göstərdi".
Bu zaman generalla polkovnik arasında qısa mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra isə digər təqsirləndirilən Vüsal Əlizadə deyib ki, müxtəlif məbləğlərdə Rafael Xələfova pullar verib. Onun sözlərinə görə, həmin pulların verilməsini istintaq zamanı deməyib.
Hakim isə bu məsələnin ittihamın çərçivəsindən kənar olduğunu deyib. Bildirib ki, məhkəmədə yalnız verilən ittiham çərçivəsində işə baxılır.
Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edib. O bildirib ki, Rafael Xələfovun bir çox şahidlərlə əlaqəsi olub. Vəkil Rafael Xələfovun bütün məhkəmə iclaslarında iştirak etməsini, şahidlər ifadə verən zaman çarpaz dindirilmənin aparılmasını istəyib.

Siyasi       Tarix: 09 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər