General Sevda Şirinovanın yüksək vəzifə verdiyi şəxs həbs edildi - Tütün alveri, parfumeriya ticarəti

General Sevda Şirinovanın yüksək vəzifə verdiyi şəxs həbs edildi - Tütün alveri, parfumeriya ticarətiFövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinovanın rəhbərlik etdiyi qurumun sabiq vəzifəli əməkdaşı həbs edilib.
KONKRET.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin sabiq baş zabiti, təqaüddə olan Qəzənfər (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
1975-ci il təvəllüdlü Qəzənfər vəzifəsində olarkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə FHN əməkdaşıarının külli miqdarda vəsaitini mənimsədiyi üçün həbs olunub. Ümumilikdə Qəzənfərin əməllərindən 20-dən çox FHN əməkdaşı zərər çəkib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü qismən təqsirli bilərək, peşman olduğunu bildirib.
O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1992-1997-ci illər ərzində Prezdent yanında İdarəçilik Akademiyasının sosial idaəretmə və sosiolgiya fakültəsində təhsil alıb. 1999-cu il tarixdən yanğından mühafizə xidməti üzrə müxtəlif vəzifələrdə çalışıb, 2012-ci il tarixdə FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsinə təyin edilib.
Həmin vəzifə üzrə fəaliyyəti FHN-nin kadr məsələləri üzrə xüsusi rütbəli əməkdaşları ilə bağlı işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və digər məsələlərlə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olub.
2019-cu ilin mart ayının 4-də işdən xaric edilib və həmin tarixdən də ona təqaüd təyin olunub.
Qəzənfər sözügedən vəzifədə çalışarkən 2017-ci ildən sahibkar kimi də fəaliyyət göstərib. Həmin işlə yanaşı başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyib, buna görə parfümeriya və tütün məmulatlarının satışı ilə məşğul olub. O, FHN-nin Qardağ rayonu üzrə Yanğından Mühafizə idarəsinin rəisi, polkovnik Elçin Ələkbərovdan qara metal alveri ilə məşğul olmaq üçün 82000 manat borc da alıb. Lakin sonradan iflas olduğu üçün rəisin borcunu da qaytara bilməyib.
Buna görə o, Kadrlar idarəsində işləməsini əsas gətirərək təqaüddə olan və hazırda xidmət edən FHN-nin əməkdaşlarına pensiya məbləğinin artırılması, nazirlikdə işləyən və ev növbəsində olan əməkdaşlara Bakı şəhəri, Suraxanı rayonu ərazisində inşa edilən xidməti evlərin verilməsi və həmin əməkdaşların qohumlarını işə düzəlmək adı ilə aldadaraq, pullarını ələ keçirməyi planlaşdırıb və icra edib. Nəticədə 2022-ci ilin yanvar ayında törədiyi cinayət əməlinin üstü açıldıqdan sonra saxlanılıb./Qaynarinfo

Hadisə       Tarix: 20 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar