Genetiklər kişilərdə irsi saç tökülməsinin yeni səbəblərini müəyyən ediblər

Genetiklər kişilərdə irsi saç tökülməsinin yeni səbəblərini müəyyən ediblərGenetiklər kişilərdə irsi saç tökülməsinin yeni səbəblərini müəyyən ediblər
Bəzi kişilərin hətta qocalıqda gur saçları olur, bəziləri isə az qala 20 yaşında keçəlləşməyə başlayır. Bunun səbəbi əsasən irsiyyətdən asılı olan androgen mənşəli alopesiya, kişilərin başında saçlarının hissə-hissə tökülməsidir.
Xoşbəxtlikdən, 21-ci əsrdə genom sekvenasiyası adi haldır və nisbətən ucuzdur. Buna görə də, indi hətta bir çox kişilərin saçlarının tökülməsinə səbəb olan fərdi genlər haqqında da məlumatımız var. Bununla belə, müalicə üsulları və alopesiyanın erkən diaqnozu hələ də istədiyimiz səviyyədə deyil.
Buna görə də, "Nature Communications" elmi jurnalında dərc edilən məqalənin müəllifləri saç tökülməsi ilə əlaqəli yeni, daha nadir mutasiyalara diqqət çəkib.
Araşdırma üçün 72 mindən çox kişinin qeydləri alınıb. Alimlər onların saçlarının vəziyyətini qiymətləndiriblər: tam saç örtüyünün olması, alın hissəsində saçların tökülmə xətti, təpə hissəsində saçların seyrəlməsi və ya saçın çox hissəsinin tökülməsi. Həmçinin tədqiqi edilən şəxslərin yaşı da nəzərə alınıb.
Daha əvvəl genetiklər müəyyən etmişdilər ki, kişilərdə saç tökülməsi ilə əlaqəli ən çox rast gəlinən genetik variasiyalar 350 lokusunda - genomun kiçik bölgələrində yerləşir. Onların arasında cinsi "X" xromosomunda yerləşən və anadan irsən keçən androgen reseptor geni seçilir. Bu təəccüblü deyil, çünki saç tökülməsi kişi cinsi hormonlarının follikula təsiri ilə əlaqələndirilir.
Lakin əksər hallarda saç tökülməsinin genetik səbəbi daha mürəkkəb ola bilər. Buna daha az rast gəlinir və indiyədək nəzərə alınmayıb, çünki belə mutasiyaların aşkarlanması çoxlu sayda insan haqqında məlumat tələb edir. Bu boşluğu yeni araşdırma doldurub. Onun müəllifləri bir sıra genlərin dəqiq ardıcıllığını təyin etməli və xüsusi məlumatların təhlili metodlarından istifadə etməli olublar.
Nəticədə onlar beş gen ayırd edə biliblər: EDA2R, WNT10A, HEPH, CEPT1 və EIF3F. İlk ikisi əvvəllər "saçların tökülməsinin səbəbkarları" roluna namizəd hesab olunurdu. Belə ki, alimlər bu fərziyyəni təsdiqləyiblər və hər iki genin saç tökülmənin həm ümumi, həm də nadir mexanizmləri üçün vacib olduğunu göstərdilər.
Digər mühüm məqam, irsi saç və dəri xəstəliklərinin - məsələn, ektodermal displaziyanın inkişafında iştirak edən genlərin saç tökülməsində iştirakı ilə bağlıdır. Tədqiqatın nəticəsi eyni əlamətin - başda saç çatışmazlığının - bədəndəki müxtəlif proseslər səbəbindən necə yarana biləcəyini anlamağa kömək edib. Bu həm də o deməkdir ki, alopesiyanı müalicə edərkən bu müxtəliflik nəzərə alınmalıdır.
Mənbə: Naked Science / oxu.az

Maraqlı       Tarix: 28 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun