İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
Qırmızı Ordunun (SSRİ) azərbaycanlı əsgəri Xudaverdiyev Məmməd Fəttah oğlunun nəşinin qalıqları tapılıb.
azxeber.com "Unikal"a istinadən xəbər verir ki, 1943-cü ildə itkin düşmüş əsgərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb.
Onunla bərabər dörd Qırmızı Ordu əsgərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstünə yazdığı ad-soyadından tapmaq mümkün olub.
Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSRİ əsgərinin qalıqları Smolenskin Ozernı kəndindəki Xatirə meydanında dəfn olunacaq.
İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. M.Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək.





Xamenei buna görə kütlə qarşısına çıxmır - Əraqçi SİRLƏRİ AÇDI
Qəhrəmanov Vaqifin meyiti tapıldı - FOTO
Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı
Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batdı
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
Rusiya ilə bu münasibətlərə ehtiyac var - Mirzoyan
Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
Son 2 gün: Ermənistanda kim qalib gələcək?
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ