Gərginlik daha da artır: Rusiyadan "İsgəndər" istədilər
Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qeyd edib ki, Rusiya lazım gələrsə, Belarusa bir neçə batalyon "İsgəndər" raket kompleksləri verə bilər.
Publika.az xəbər verir ki, bu barədə Xrenin "Əl-Cəzirə" telekanalına danışıb.
O bildirib ki, Rusiyanın bu raket sisteminin yenidən silahlanması prosesini faktiki olaraq tamamladığı görünür: "Biz bu sistemi ölkəmizdə görmək istəyirik. Əslində, ona hazırda sahib olduğumuzu söyləyə bilərik. Mən desəm ki, bizim bu raket sistemi ilə təchiz olunmuş regional hərbi qrupumuz var, böyük hərbi sirr vermiş olmuram. Bu qrup lazım olanda ölkəmizə gələcək və bizimlə birgə vəzifələrini yerinə yetirəcək".
Rusiya bazalarının Belarusda yerləşdirilməsinin mümkünlüyü barədə suala Xrenin belə cavab verib: "İttifaq dövləti olduğumuz halda bu bazalara niyə ehtiyacımız olsun ki? Regional hərbi qruplaşma deyilən bir anlayış var. Bu qrup Belarusun bütün ordusundan və Rusiyanın qüvvə və texnikasının bir hissəsindən ibarətdir. Hesablamalarımıza görə, bu, kifayət qədər yetərlidir. Lazım gələrsə, Rusiya yanımızda, dərhal ölkəmizdə olacaq. Buna görə də əlavə hava və ya digər bazaların yerləşdirilməsinə ehtiyac yoxdur".
Qonşu ölkələrin öz torpaqlarında fəal şəkildə xarici bazalar yerləşdirdiyinə diqqət çəkən Viktor Xrenin Belarus və Rusiyanın fərqli mexanizm hazırladığını bildirib: "Biz əsgərlərimizi təlim mərkəzlərində öyrədirik. Yeni avadanlıqları nəzərdən keçiririk. Rusiya ilə təcrübə mübadiləsi aparırıq. Bu qədər. Ona görə də bazalar olmayacaq, amma lazım gələrsə, prezidentin də dediyi kimi, bütün Rusiya ordusu burada olacaq".
Akqabay
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi