Gömrükdə ƏMƏLİYYAT: Qaçaqmalçılığın qarşısı alındı
"Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib".
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatında bildirilib.
"Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına "Qırmızı Körpü" gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və "GPS" qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb. Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və "Land Rover" markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib", - deyə DGK qeyd edib.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi