Goranboyda silah-sursat və qumbara aşkarlandı
Goranboyda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qarqucaq və Borsunlu kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçiriblər. Rayonun Borsunlu kəndi ərazisindən 45 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd daraq, Qarqucaq kəndi ərazisindən isə 1 ədəd "RQK-3" markalı tank əleyhinə əl qumbarası aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxlar kənd sakinlərindən 2 ədəd müxtəlif markalı və çaplı, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi