Görüş iştirakçılarından biri təslim olmağı təklif edib - Akopyan
Ermənistan və Artsaxın keçmiş prezidentlərinin bütün ermənilərin katolikosu ilə görüşündən iki-üç gün keçir. Tərəflərdən heç biri konkret məlumat açıqlamır. Amma müxtəlif müsahibələr, məlumatlar, yazılar nəticəsində aydın mənzərə yaranır. Görünür ki, görüş iştirakçılarından biri təslim olmağa razılıq verməyi təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə Yerevan.Today saytının baş redaktoru Sevak Akopyan yazıb.
"İştirakçılardan biri bütün digər fikirlərin əksinə təklif irəli sürüb. Nikolun sülh müqaviləsini imzalayacağını, qəbul edəcəyini, Nikola kömək edəcəyini, onun yanında olmağı təklif edib". "Xaç atası" filmindəki məşhur epizodu xatırlayırsınızmı, atası oğluna düşmənlə görüşmək təklifi ilə sizə gələnin satqın olduğunu söyləyir. Nə baş verir? Bunu sülh müqaviləsi, xilaskarlıq kartı və ya başqa bir şey adlandırın, amma əslində bu, kapitulyasiya olacaq" – deyə Akopyan əlavə edib.
O, bildirib ki, sadə hesablama aparmaq olar ki, bütün iştirakçılardan hansı həmişə və açıq şəkildə torpağın verilməsinin lehinə çıxış edib. Ola bilsin ki, o, Tavuş, Sünik, Cermuk, Vardenis, Yeraşxı təslim etmək haqda düşünməyib, hətta Artsaxın təslimindən sonra növbənin onlara çatacağını belə ağlına gətirməyib", – Akopyan yazıb.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü