Gövhər Beydullayeva və Abdulla Qədimbəyli dünya çempionu oldu
İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.
KONKRET.az-ın məlumatına görə, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu – XI turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb.
Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.
Bu tur ərəfəsində 8,5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8,5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.
Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.
Kişilərin yarışında da son tur oynanılıb.
Hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar.
Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb.
Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub./report
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək