Göyçayda güclü külək - Ölənlər var / YENİLƏNİB
Göyçayda güclü külək və qasırğa ölümə səbəb olub.
KONKRET.azAPA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.
19:44
Güclü külək Göyçay şəhərində 2 beşmərtəbəli yaşayış binasının dam örtüyünü qoparıb, binalardakı mənzillər yağış suları altında qalıb, əhaliyə böyük məbləğdə maddi ziyan dəyib.
KONKRET.az-ın məlumatına görə, təbii fəlakət nəticəsində ağac avtomobilin üstünə aşıb.
19:21
Göyçay rayonunda qasırğa baş verib.
KONKRET.az-ın məlumatına görə, bu gün saat 18:30 radələrində başlayan güclü külək Göyçay şəhərində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb. Ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayanıb. Yarım saatdan çoxdur ki, rayonda qasırğa davam edir.
Güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə toplaşıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb. Hazırda güclü küləklə müşaiyət olunan yağış davam edir.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var