Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - FOTO
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.
KONKRET.azxəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Çərəkə kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.
Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.
Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.
Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailə qurub. Bu qadının ilk hamiləliyi olub.


Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır