Göydəniz Qəhrəmanov: "COP29-a ev sahibliyi turizmin inkişafı üçün geniş imkanlar açır" - FOTO
Göydəniz Qəhrəmanov: "COP29-a ev sahibliyi turizmin inkişafı üçün geniş imkanlar açır" - FOTO
"Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkədə turizmin inkişafı üçün geniş imkanlar açır".
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov "Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar" forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda müstəqilliyin bərpasından sonra Heydər Əliyevin sayəsində turizm yeni bir dövrə qədəm qoyub:
"Nəticədə xarici ölkələrdən gələn turistlərin sayı artdı, həm də vətəndaşların xaricə səfərləri asanlaşdı. Hazırda Azərbaycan dünya dövlətləri ilə əlaqələrini genişləndirməyə nail olub.
Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu, Azərbaycanı dünya miqyasında region lideri kimi tanıdır. Bu miqyasda tədbirlərin keçirilməsi daha təhlükəsiz dövlətlərə həvalə edilir".
"Biz Turizm Assosiasiyası olaraq bu tədbirə hazır olmalıyıq. Gələn turistlərin Azərbaycanla bağlı müsbət fikirlərlə geri dönməsinə yardımçı olmalıyıq", - deyə o əlavə edib.

Daha çox foto burada: PhotoStock.Az
İlhamə Əbülfət

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək