Göygöldə itkin düşən 17 yaşlı oğlanın meyiti TAPILDI
Göygöl rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü Zaur İsmayılov iyunun 22-də itkin düşüb.
Yaxınları onun dağlıq ərazidə mal-qara otaran zaman itkin düşdüyünü bildirib və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.
Şəxsin tapılması üçün Polis Şöbəsinin əməkdaşları onun itkin düşdüyü əraziyə cəlb olunub və axtarışlara başlanılıb.
Gəncin mal qara otardığı ərazinin yaxınlığında təbii və lilli gölməçələr olduğundan onun ora düşərək batdığı ehtimalı nəzərə alınaraq əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub. Aparılan axtarışlardan sonra onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.//Report

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?