Göygöldə rayon Ağsaqqallar Şurasının yeni üzvləri ilə görüş keçirildi - FOTOLAR
Heydər Əliyev Mərkəzində təşkil olunan seçki yığıncağında Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, eləcə də rayon ziyalıları, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
azxeber.com xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən foto-eksponatlarla tanış olublar.
RİH-nin başçısı çıxışında Ağsaqqallar Şurasının cəmiyyət həyatındakı mühüm rolundan danışaraq, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və ictimai həmrəyliyin gücləndirilməsində əvəzsiz xidmətlər göstərdiklərini qeyd edərək bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik ənənələrinin və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin mühüm rol oynadığını vurğulayıb, Şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini çıxışında ölkədə ağsaqqallar institutunun inkişafından bəhs edərək bu institut dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edərək, ağsaqqalların gənclərə örnək olduğunu, milli birlik və sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Sonra təşkilati məsələlər müzakirə olunub, Rayon Ağsaqqallar Şurasının sədri seçilib, yeni tərkibi formalaşdırılıb. Yığıncaq qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müzakirələrlə davam edib.









17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü
"Sabah" ev oyunlarını bu stadionda keçirəcək
Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI
ABŞ Ermənistanı Azərbaycanla razılığa gəlməyə necə inandıra bilib?
Toydan çıxdı, faciəvi şəkildə öldü - Sürücü tutuldu