Göygöldə vəzifəli şəxslər mərkəzin həyətində dava etdi
Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.
KONKRET.azQafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.
Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.
E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub:
"İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir"

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi