Gözəllik salonlarında bunlar qadağan olunur
Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunur. Artıq bununla bağlı xəbərdarlıq da edilib.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla, inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, o cümlədən lazer üsulu epilyasiya, müalicəvi masaj üsulları və digər prosedurlar qadağan olunur. Bu prosedurların icra olunduğu müəssisələr isə qadağa ilə barışmırlar.
Həkim kosmetoloq Nigar Sultanovanın sözlərinə görə, bu prosedurlardan harada və necə gəldi istifadə onları da narahat edir. Amma bu qadağaların hər kəsə şamil olunması düzgün deyil.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə, prosesləri həyata keçirən özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.
Qeyd edək ki, gözəllik mərkəzləri sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq icraata göndərilir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var