Güclü dolu və leysan Daşkəsəndə fəsadlar törətdi - Yollar bağlandı
Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu və leysan yağışları yağıb.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, intensiv leysan yağışları və dolu qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.
Rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan dəyib.
Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda dəymiş ziyanların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülü.
Xidmetler [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?