Gülən depressiya nədir? - Ən təhlükəli maskanın altında nələr var

Gülən depressiya nədir? - Ən təhlükəli maskanın altında nələr varDepressiya çoxmaskalıdır. Hər ağlayan, küsən, otağa çəkilən depressiyada demək deyil. Hər gülən, pozitiv insan da depressiyası yoxdur anlamına gəlmir. Depressiyanın maskaları çoxdur, ən təhlükəlisi də elə bu maskalı olanlardır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, zahirən xoşbəxt görüntü yaradıb, əslində ağır depressiyada olan insanların diaqnozu "gülən depressiyadır".
Hazırda bu termin çox populyar olub, daha çox gənclər arasında yayılıb. Psixoloqlar buna atipik, maskalanmış vəziyyət deyirlər. Həqiqətən də depressiyanın bu forması var və məhz bu insanlar suisid riski daşıyır. Yəni depressiyasını məharətlə gizlədən insanlar intiharın bir addımlığında ola bilər.
İntihara meyilli olurlar
Onları cəmiyyətdə, ətrafınızda tanımaq, duyuq düşmək çox çətindir. Adətən bu adamlar başqalarının arxa dayağı olan, dinləmək qabiliyyəti güclü, öz problemlərini özləri həll edən, yüksək utanc hissi olan şəxslərdir.
İşləri, evləri, məqsədləri, ətrafı, təhsili, ailəsi belə ola bilər və hətta bu üstünlüklərinə görə başqalarından seçilir.
Gündəlik həyatda aktiv ola bilirlər və asanlıqla hər kəslə ünsiyyət qururlar.
Lakin onların daxilində çox böyük bir ümidsizlik, bezginlik, qaranlıq var və çox zaman təklikdə qalanda, gecələr və yatmazdan əvvəl və səhər yuxudan oyananda "bu gün hər şeyi bitirməliyəm, belə olmaz" fikrini çox düşünürlər.
Güləyən depressiya formasında olan insanların daxili gücü o qədər çox olur ki, əgər intihar məqsədləri olarsa, bunu düşünüb, rahatlıqla edə bilərlər. Adətən belə hadisədən sonra ətrafı, ailəsi şoka düşür və bu insanın özünü şübhəli aparmadığını, deyib güldüyünü bildirirlər.
Gülən depressiyanın digər əlamətləri:
- Aclıq hissinin olmaması, güclə yemək, iştahsızlıq
- və ya əksinə dəhşətli dərəcədə aclıq, çox yemək, doymamaq
- Əl-ayaqlarda sanki ağır beton qandallar varmış hissi
- Tənqidə dözümsüzlük, ətrafa qarşı kritik olmaq
- Səhərlər çox pis əhval ruhiyyənin olması
- Yuxunun pozulması
- Həyatındakı xoş hadisələrin ona təsir etməməsi
- Növbəti il üçün planının olmaması
- Yeni geyim və s almamaq
- Beyində daim pis xatirələri, uğursuzluqları düşünmək
Bu maskadan necə xilas olmalı?
Bu adamlar özləri şəxsən psixiatr və psixoloqa müraciət etməsələr, heç kim onlara diaqnoz qoya bilməyəcək.
Atipik formanı təyin etmək çətindir.
İçində qaranlıq hökm sürdüyünü kiməsə bildirməli və yardım istəməlidirlər.
Gülən depressiya gənc yaşlarından başlayıb, irəli yaşlarda da ara-sıra görünə bilər.
Bu insanlar düşdükləri vəziyyətə görə özlərini günahkar bilir, utanır, qınayır, daim özlərini tənqid edirlər. Öz düşdükləri vəziyyətdən belə utanırlar.
Kİmsə onları bu qaranlıq quyudan çıxarıb, mütəxəssisə müraciət etməyin vaxtı çatdığını bildirməlidir.
Məsələnin ciddi olduğunu qəbul etsələr, vəziyyət yaxşılığa doğru dəyişə bilər.
Nə etməli?
- Mütləq idman, yoqa, meditasiyaya üz tutmalı
- Sizin ruhunuzla məşğul olacaq adamlar tapmalısız, sadəcə özünüzü onlara etibar edin
- Heş vaxt getmədiyiniz yerlərə gedin
- Heç vaxt etmədiyiniz işlərə, kurslara yazılın
- Mütləq idman növlərindən birinə gedin
- Psixiatla birgə koqnitiv-davranış terapiyasına başlayın, bu sizə adət etdiyiniz düşüncə ssenarilərini dəyişməyə kömək edəcək
- Heyvan saxlayın və onun qayğısına qalın
- Həyat missiyanızı özünüzə yox, hansısa digər bir insanın inkişafına bağlayın. Yəni özünüz üçün yox, onun üçün yaşayın.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 22 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cebheden xeber kriminal xeberler xeber.az son xeberler