Gülən Türkiyəyə ekstradisiya edilir? – FTB-nin nümayəndə heyəti Ankarada
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndə heyəti 2 il sonra Türkiyəyə sürpriz səfər edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, aralarında yüksək vəzifəli şəxslərin olduğu FTB heyəti ötən həftə Ankaraya gələrək Türkiyə Təhlükəsizlik Baş İdarəsi, Terrorizmlə Mübarizə, Narkotik Cinayətlər, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşlər keçirib.
"Hürriyət"in məlumatına görə, Türkiyə FETÖ, PKK və İŞİD terror təşkilatlarının dosyelərini FTB rəsmiləri ilə müzakirə edib. FTB və Təhlükəsizlik Baş İdarəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla birgə mübarizədə və bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Türkiyə tərəfi FTB-yə FETÖ lideri Fəthullah Gülənlə birlikdə ABŞ-a qaçan bu terror təşkilatının yüksək rütbəli rəhbərləri və bu şəxslərlə bağlı aparılan araşdırmaların dosyeləri barədə də geniş məlumat verib. Bundan başqa, FETÖ-nün ABŞ-dakı məktəbləri başda olmaqla bu təşkilatın digər obyektləri barədə dosyelər FBI-ya təqdim olunub. Eyni zamanda, Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müzakirə aparılıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi