Gülməmməd Məmmədov: "Paşinyan lider kimi Ermənistanı fəlakətə sürükləyir

Gülməmməd Məmmədov: "Paşinyan lider kimi Ermənistanı fəlakətə sürükləyirGülməmməd Məmmədov: "Paşinyan lider kimi Ermənistanı fəlakətə sürükləyir"
Paşinyan hakimiyyətə gələndə  bir növ Ermənistanın pərdəarxasında apardığı siyasətini üzə çıxardı. O bunu ya düşdüyü vəziyyətdən asılı olaraq ya da özünə çox arxayın olduğu üçün etdi. Müəyyən mənada Ermənistanın əsl niyyətinin nə olduğunu ortaya qoydu. Elan etdi ki işğal edilmiş ərazilər faktiki olaraq Ermənistandır.
Bu sözləri Oxu.Az-a açıqlamasında "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov deyib.
O bildirib ki, Ermənistan daxilində vəziyyətin bu həddə gəlib çatması Paşinyanın illər boyu Ermənistanın apardığı siyasətin üzünü açması ilə baş verdi:
"Paşinyan elə bildi ki, o xalqın iradəsi ilə hakimiyyətə gəlib. Lakin, bu heç də elə deyil. Təbii olaraq bütün bu baş verənlər Ermənistan daxilində siyasi gərginliyə, sosial-iqtisadi problemlərin kəskinləşməsinə gətirib çıxardı. Ermənistan daxilində cəbhədə ciddi məğlubiyyətlə şərtlənən qarşıdurmada sosial gərginliyin daha da dərinləşməsinə zəmin yaratdı. Xalqın iradəsi ilə seçildiyini düşünən Paşinyan elə bilirdi ki, hansısa demokratik cəmiyyət qurub. O elə zənn etdi xalq onun arxasında dayanacaq və başladı populist çıxışlar, bəyanatlar verməyə.
Paşinyanın populist çıxışları, bəyanatları tərəflər arasında danışıqlar prosesinin pozulmasına səbəb oldu. Ermənistan cəmiyyətini faktiki olaraq uçuruma apardı".
Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsi nəticəsində Qarabağdan Ermənistana 90 min erməninin getdiyi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirən ekspert bu məlumatın həqiqəti əks etdirdiyini düşünmədiyini deyib:
"Mən hesab etmirəm ki, Qarabağda əvvəllər də 90 min erməni yaşamış olsun. Bu rəqəmlər etibarlı deyil. Ümumiyyətlə Ermənistan tərəfin heç bir məlumatını mən dəqiq hesab etmirəm. Təxmin edirəm ki, ən yaxşı halda hərbçilərlə birlikdə 50 min nəfər yaşamış ola bilər".
Ekspert onu da qeyd edib ki, Paşinyanın Sorosun adamı olması və Rusiyadan uzaqlaşması ilə bağlı məsələyə münasibət bildirmək çox çətindi:
"Ermənistan bu dəqiqə elə bir vəziyyətə düşüb ki, hansı tərəfə meyilli olduğunu demək çətindir. Bu dəqiqə Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün istənilən yola əl atır. Prezident İlham Əliyevin də öz çıxışında dediyi kimi Nikol Paşinyan bütün dünya liderlərinə zəng edib. Zəng etmədiyi uzaq Afrikada hansısa qəbilə başçıları qalıb.
Paşinyanın Rusiyadan uzaqlaşıb NATO-ya, Qərbə meyillənməsi bunların hamısı heç bir stabil siyasətdən xəbər vermir. O elə düşündü ki, Soros, Qərb onun arxasında dayanacaq. Lakin, reallıq deyilən bir şey var. Bu gün Rusiyaya da, NATO-ya da yalvarır. N.Paşinyan bir rəhbər, lider kimi Ermənistan cəmiyyətini fəlakətə sürükləyir".
Könül Cəfərli 

Siyasi       Tarix: 24 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət en son xeberleri en son xəbərlər bugün cəbhədən görüntüleri