Gümrü merinə qarşı yeni ittiham irəli sürüldü
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan Rusiya ilə birliyin zəruriliyi ilə bağlı açıqlamalarına görə yeni ittihamlarla qarşılaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan "Facebook"da məlumat verib.
O bildirib ki, yeni cinayət təqibi merin digər ölkələrlə birlik yaratmaq "düşüncələri" səbəbindən başlayıb. Onun sözləri "Ermənistan Respublikasının suverenliyindən imtina etmək üçün açıq çağırış" maddəsi ilə "tənzimlənib". Əslində, Qukasyan "Türkiyənin yaratdığı təhlükədən özünü qorumaq üçün ölkənin öz suverenliyini qoruyarkən Rusiya ilə birliyə ehtiyacı olduğunu deyirdi".
"Gümrü meri öz hüququndan istifadə edərək sadəcə fikrini bildirib və digər dövlətlər arasında qarşılıqlı məqbul birliklərin yaradılması ilə müqayisə aparıb. Qukasyan dəfələrlə vurğulayıb ki, bu, müstəqil dövlətçiliyi qoruyarkən edilməlidir", – deyə vəkil qeyd edib.
O, müvəkkilinə qarşı irəli sürülən ittihamları siyasi təqib hesab edib və onları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qukasyanı siyasətdən uzaqlaşdırmaq əmri ilə əlaqələndirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq