Günay Bank'ın sədri: 'Nizamnamə kapitalını artırmağa hazırlaşırdıq
Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə ötən gün lisenziyası ləğv olunmuş "Günay Bank" ASC-nin İdarə Heyətinin sədri Baratəli Piriyev Bankın bağlanmasına münasibət bildirib.
azxeber.com xəbər verir ki, o, report-a açıqlamasında bunları deyib:
"Bu, dövlətin qərarıdır, heç nə deyə bilmərik. AMB bunu hansısa formada əsaslandırıb. Bizə müəyyən xəbərdarlıqlar edilmişdi ki, problemləriniz var, məcmu kapitalınız azdır.
Biz də onu artırmağa hazırlaşırdıq, iyulun 5-i səhmdarlarının növbəti ümumi yığıncağını keçirib nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəkdik".
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onun lisenziyasını ləğv edib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin edərək onun idarә olunması üzrә bütün sәlahiyyәtlәri, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verib.
Xidmetler [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR