Günay Məmmədzadə Alina Kaşlinskayanı məğlub etdi
Mayın 27-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin altıncı turunun oyunları keçirilib.
Publika.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə rusiyalı şahmatçı Alina Kaşlinskaya ilə üz-üzə gəlib. Rəqibinə qarşı ağ fiqurlarla mübarizə aparan şahmatçımız oyunda qələbə qazanıb. Xalların sayını 3,5-ə çatdıran təmsilçimiz 6 turun nəticəsinə görə 4-6-cı yerləri bölüşür.
Turun digər oyunlarında Rusiyanın digər şahmatçıları Katerina Laqnonun qazaxıstanlı Dinara Saduakassova ilə qarşılaşması heç-heçə ilə başa çatıb, Valentina Qunina isə almaniyalı Elisabet Paetsi məğlub edib. Ukrayna təmsilçiləri Mariya Muzıçuk qazaxıstanlı Jansaya Abdumalik, Anna Muzıçuk isə bolqarıstanlı Antoaneta Stefanova ilə xalları yarı bölüblər. Gürcüstanlı Nana Dzaqnidze isə rumıniyalı İrina Bulmaqaya qalib gəlib.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq