Gündəm olan ailənin sonuncu üzvü də öldü - Səbəb hələ də bilinmir

Gündəm olan ailənin sonuncu üzvü də öldü - Səbəb hələ də bilinmirİstanbulun Fatih rayonunda qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilən Böcek ailəsinin sağ qalan son üzvü – ata Servet Böcek də vəfat edib.
KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbul Vilayət Sağlamlıq İdarəsinin müdiri Abdullah Emre Güner sosial şəbəkə hesabında açıqlayıb.
O bildirib ki, iki uşaq və ananın ölümündən sonra tibbi müdaxilələrə baxmayaraq, atanın da həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, noyabrın 9-da Almaniyadan İstanbula gələn Servet və Çiğdem Böcek ailəsi Fatihdəki hotellərdən birində qalıb.
Ailə üzvləri noyabrın 12-si ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Uşaqlar ilkin tibbi yardıma baxmayaraq, vəfat etmişdi. Ana Çiğdem Böcek övladlarından 2 gün sonra həyatını itirmişdi. Ata Servet Böceyin vəziyyəti isə son günlər ağır olaraq qiymətləndirilirdi.
Onu da bildirək ki, ailə ilə eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə üçün klinikada saxlanılmışdı. Hadisədən sonra polis hotelin fəaliyyətini müvəqqəti dayandıraraq onu möhürləmişdi.
Ailə faciəsi ilə bağlı irəli sürülən iddialardan biri isə midye adlı dəniz məhsulundan zəhərlənmə ehtimalıdır. O iddia da sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olub.

Hadisə       Tarix: 17 noyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

5 oktyabr 2026-cı il tarixində, "Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Mammadov" adlı gəmi, Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniy

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb. Belə ki, "Prado" markalı avtomobil yolu keçmək istəyən Qalağayın kənd sakini, 1956-cı il təvəllüdl

Kürdəmirdə daha bir nəfəri ildırım vurub öldürdü

Kürdəmir rayonunda daha bir nəfəri ildırım vurub öldürüb. -a istinadla xəbər verir ki, hadisə sentyabrın 29-da axşam saatlarında rayonun Şıxımlı kəndində baş verib. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Baba Habil oğl

"Royad Məmmədov" gəmisi vuruldu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus "Royad Məmmədov" adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb. xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məluma

Bakıda qətl törədildi

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. xəbər verir ki, hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdl

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri zəhərləndi

Sentyabr 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndinin 11 sakininin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Ba

Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi 

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib. Trend-ə istinadla xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib. Dərha

Yevlaxda üçotaqlı ev yandı

Yevlaxda 3 otaqlı ev yanıb. Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Havarlı kəndində baş verib. Qısa qapanma nəticəsində yanğına məruz qalan 3 otaqlı fərdi yaşayış evi yanaraq yararsız hala düşüb. Hadis

Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı

Maşında qadına şiddət göstərən sürücü saxlanılıb. xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayıla


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 idman xeberleri bugünki xəbərlər bu gunun xeberleri haqqinda melumat