Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladıSTEP Young: Semaqlutid əsaslı innovativpreparatı piylənmə ilə yaşayan 6–11 yaşlı uşaqların təxminən 80%-də bədən kütləindeksini ən azı 10% azaldıb.
Novo 6–11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə STEP Young tədqiqatının nəticələrini açıqlayıb. Semaqlutidinyeksiyası alan qrupda bədən kütlə indeksi (BKİ) 68 həftə sonra orta hesabla 17,4%azalıb. Təsiredici maddəsi olmayan inyeksiya (plasebo) alan qrupda isə bu göstərici2,2% artıb.
Tədqiqata qatılan 167 uşağın 85%-dənçoxunda başlanğıcda ağır piylənmə olub. Hər iki qrupa həftəlik inyeksiya iləyanaşı, daha az kalorili qidalanmaq və daha çox hərəkət etmək üçün dəstək göstərilib.Nəticələr ObesityWeek 2026 konfransında təqdim olunub və The New EnglandJournal of Medicine jurnalında dərc edilib.
BKİ boy və çəki əsasında hesablanır.Uşaqlarda bu göstərici yaşa və cinsə uyğun qiymətləndirilir. Tədqiqatçılar əlavətəhlildə bütün uşaqların müalicəni plan üzrə davam etdirdiyini və çəkiyə nəzarətüçün başqa müalicə almadığını fərz ediblər. Bu hesablamaya görə, 68-ci həftədəBKİ-si ən azı 10% azalan uşaqların payı semaqlutid qrupunda təxminən 79%,plasebo qrupunda isə 0% olub.
Dünya Piylənmə Federasiyasına görə,2025-ci ildə dünyada 5–19 yaşlı təxminən 177 milyon uşaq və yeniyetmə piylənməilə yaşayırdı. Piylənmə uşaqların gündəlik həyatına təsir edə, 2-ci tip diabetvə yüksək qan təzyiqi riskini artıra bilər.
Semaqlutid əsaslı innovativ inyeksiyauşaqlarda piylənmənin müalicəsi üçün 12 yaşdan etibarən təsdiqlənib. 6–11 yaşlıuşaqlarda istifadəsi hələ tədqiqat mərhələsindədir. Semaqlutid qan şəkərinin vəbədən çəkisinin tənzimlənməsində iştirak edən təbii GLP-1 hormonunun təsirini təqlidedən dərmandır.
Novo Nordisk 1923-cü ildə təsis edilmişvə baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir.
Şirkət təxminən 68 800 əməkdaşı ilə 80ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.
Azərbaycanda da 30 ilə yaxındır fəaliyyətgöstərən şirkətin əsas diqqəti diabet, artıq çəki və piylənmə ilə yaşayaninsanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinindəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasınayönəlib və Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir. / azxeber.com

İqtisadiyyat       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi

Qanlı Gölün yeni həyatı: "Kristal" göl ətrafınımüasir istirahət məkanına çevirəcək. Bakının Yasamal rayonunda yerləşən Qanlıgölün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasınabaşlanılıb

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyəehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsiləhəmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusun


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən son məlumat