Güneyli qardaşlara müraciət: "Qələbə bizim olacaq" - VİDEO
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov güneyli qardaşlara müraciətində bildirib ki, "Qələbə bizim olacaq".
Bununla yanaşı, İran vətəndaşı olan cənubi azərbaycanlılar Prezident İlham Əliyevə təşəkkür ünvanlayıb.
KONKRET.az xəbər verir ki, bundan əvvəl Azərbaycanın İrandakı səfiri farsların xarici işlər nazirliyinə, İranın Azərbaycandakı səfiri isə bizim XİN-ə çağırılıb.
İslama xəyanət və şeytana sədaqət
İran İslam Respublikasının Azərbaycana qarşı hər zaman aqressiv mövqedə olması heç kimə sirr deyil. Əfsus ki, onların dini-ideoloji silahları tam zərərsizləşdirilməyib və cənnətin şiəlik bileti ilə aldada bildikləri azərbaycanlılar da var. Fars ideologiyasına xidmət edən cahillər molla rejiminin iç üzünün erməniçilik olduğunu gördükcə düz yola gəlirlər. Sayları cüziləşib. Lakin "milçəyin mahiyyəti olmasa da, ürək bulandırır". İranın siyasi ürək bulandırmaları arasında ən iyrənci Zəngəzur dəhlizinə qarşı çıxıb, Qafanda konsulluq açıb, məsciddə donuz saxlayan Ermənistanı özünün "qırmızı xətti" adlandırmasıdır. İranın sözügedən bəyanatı Receb İvedik filmində "sen ben mahremime nasıl giriyorsun" epizodu qədər gülüncdür. Onlar ermənilərə göstərdiyi namus hifzi ilə islama xəyanət, iblisə sədaqət etmiş oldular.
Fars, yaxud falş
Fars və falş sözləri sinonimləşib. Çünki hər ikisi saxtakarlıqla doludur. Daxili iğtişaşlara bürünmüş İranın Azərbaycanın üstünə xoruzlanması dimdiyinin əzilməsi ilə nəticələnməli idi. Haşiyəyə çıxaraq qeyd edim ki, farsların himayədarı olan fransızların da dövlət rəmzi xoruzdur. Ona görə də xoruzlardan biri Eyfeldən erməniyə dəstək banlayır, digəri isə Tehranda heyratılıq eləmək istəyir. Prezidentin Səmərqənddəki son çıxışı isə onların hininə vəlvələ salıb. Elin Süleymanov demişkən:
"Bayrağımız Şuşada dalğalanır. Güneyli qardaşlarımıza deyirəm, bu, zəfərlərin yalnız və yalnız başlanğıcıdır".
Səmimi və inam dolu çıxışının tam versiyasına videodan baxa bilərsiniz:
KONKRET.az-ın Analitik Qrupu
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü