Gürcü müxalifəti lider axtarışında - FOTO

Gürcü müxalifəti lider axtarışında - FOTOBir vaxtlar postsovet məkanında ən uğurlu dövlət, demokratiya modeli kimi qələmə verilən Gürcüstan bu gün mürəkkəb siyasi durumdadır. 20 il öncə baş verən "qızılgül inqilabı" ölkənin siyasi, iqtisadi həyatına və xarici siyasətinə köklü dəyişikliklər gətirdi. İnqilab və onun hakimiyyətə gətirdiyi şəxs – Mixail Saakaşvili yoxsul, təcrid olunmuş ölkə üçün yeni ümid çırağı idi. Lakin Saakaşvilinin hakimiyyətdən getdiyi 2012-ci ildən bəri ölkədə mürəkkəb siyasi vəziyyət hökm sürür. Ölkə nə vəd edilən Qərb strukturlarına (Avropa İttifaqı, NATO) üzv qəbul edilib, nə də torpaqları işğaldan azad olunub. Əksinə, torpaqlarında qondarma qurumlar yaradılıb və onlar Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb. Hakim "Gürcü Arzusu" Partiyası 12 ilə yaxındır parlament, prezident və yerli seçkilərdən qalib çıxır. Bununla yanaşı, siyasi gərginlik qalmaqdadır. Prezidentlə hökumət arasında gərginlik məhkəmə səviyyəsinə yüksəlib. Hakimiyyət hələ ki, uğurla müxalifətin öhdəsindən gəlməyi bacarır. Əsas müxalifət partiyası – Vahid Milli Hərəkata gəldikdə, bu siyasi təşkilat çətin günlərini yaşayır. 
KONKRET.az Kaspi qəzetinin Gürcüstandakı müxalifət barədə hazırladığı məqaləni təqdim edir:
Saakaşvilinin partiyasında qarşıdurma
Artıq neçə vaxtdır ki, həm iqtidaryönümlü, həm də müxalifət mediası əsas müxalifət partiyasındakı hay-küylü daxili ziddiyyətlərdən bəhs edir. Bu da hakim "Gürcü Arzusu" Partiyasına əl-qol açmağa, fəaliyyətini genişləndiməyə imkan verir. Bəziləri iddia edirlər ki, müxalifət razılığa gəlməsə, gələn il parlament seçkilərində iqtidarda olan partiya yenidən böyük fərqlə qalib gələcək. Məsələ ondadır ki, Vahid Milli Hərəkat növbəti parçalanma ilə üzləşib.
Gürcü müxalifəti lider axtarışında - FOTOSabiq prezident Mixail Saakaşviliyə tabe olmaqdan imtina edən keçmiş sədr Nika Melia partiya sıralarından xaric edilib. Müvafiq qərarı partiyanın hazırkı rəhbəri Levan Xabeişvili Formula TV kanalında canlı yayımda imzalayıb. Partiyanın bəyanatında deyildiyi kimi, təşkilat "həlledici seçki rejiminə" daxil olur və Melia da artıq onu təmsil etmir. Mühacirətdə olan siyasətçinin tərəfdarları Levan Xabeişvilinin hərəkətini biabırçılıq və qorxaqlıq hesab edirlər. Xüsusilə, bunu Melianın müttəfiqi Georgi Pataraya bəyan edir. "Yalnız Sovet İttifaqı dövründə bir adamı partiya yoldaşlarını tənqid etdiyinə görə qovmaq olardı. Melia uzun illərdir ki, müxalifətin qələbəsi, rifahı və uğuru üçün mübarizə aparır", – deyə müxalifətçi bildirib. Partiyanın digər nüfuzlu üzvü Georgi İmedaşvili isə sədr Levan Xabeişvilini istefaya çağırıb. "Bu, gürcü siyasətçilərinin indiyə qədər məruz qaldıqları ən biabırçı, təhqiredici və alçaldıcı hərəkətlərdən biri idi", – İmedaşvili bildirib. Eyni zamanda o vurğulayıb ki, Xabeişviliyə müraciət etmir, çünki onu müstəqil fiqur hesab etmir.
Köhnə və yeni sədrin mübarizəsi
Müxalifət partiyasının siyasi katibi, Gürcüstanın keçmiş müdafiə naziri Georgi Baramidze də Xabeişvilinin tənqidçiləri sırasına qoşulub. Onun sözlərinə görə, bütün fikir ayrılıqları daxili demokratik müzakirələr çərçivəsində həll edilməli idi. Eyni zamanda, Baramidze bildirib ki, o, Saakaşvilinin tərəfdarı olaraq qalır, lakin partiya rəhbərliyi onun da getməli olduğu qənaətinə gəlsə, gecikmədən bunu edəcək. Digər funksioner Ana Tsitlidze deyib ki, "Melia bir il ərzində partiyanı söyməklə məşğul idi. O, mövqeyi ilə özünü kənarlaşdırdı". Tina Bokuçava adlı partiya veteranı da hesab edir ki, eks-sədr tezliklə başqa siyasi qüvvəyə qoşulacaq. "Melia Saakaşvilinin təklifini rədd edəndə və birlik sənədini imzalamayanda qərarını verdi", – Bokuçava bildirib.
Gürcü müxalifəti lider axtarışında - FOTOXatırladaq ki, Saakaşvili Gürcüstana qayıdandan (2021-ci il) və həbs olunduqdan sonra partiyada keçmiş prezidenti nə dərəcədə fəal dəstəkləmək barədə qızğın müzakirələr başlayıb. O dövrdə partiyaya rəhbərlik edən Melia passivliyinə görə tənqid edildi və o, əksinə, Saakaşvilinin tərəfdaşlarını onu devirməyə cəhd etməkdə ittiham etdi. 2023-cü ilin yanvarında partiyada sədr seçkiləri keçirilib. Saakaşvilinin dəstəklədiyi Xabeişvili partiya yoldaşlarının 52,58%-nin səsini qazanıb, Melia isə cəmi 40%-lə kifayətlənib. Keçmiş sədr əvvəlcə məğlubiyyətini etiraf etsə də, tezliklə partiyadaxili müxalifətə keçərək Xabeişvilinin və onun bütün siyasi şurasının qeyri-legitim olduğunu bəyan edib.
Gürcü müxalifəti lider axtarışında - FOTOSaakaşvili manifesti
Bu qarşıdurmaya son qoymaq üçün Saakaşvili yoldaşlarını partiya manifestini imzalamağa dəvət edib. Lakin Melia manifesti imzalamayıb.
Beləliklə, gürcü müxalifəti hazırda həsəd aparılacaq vəziyyətdə deyil. Proseslər əvvəlki seçkilərdən öncəki dövrü xatırladır. Yenə də müxalifət sırasında ikitirəlik hökm sürür, iqtidar da bundan məharətlə istifadə edir.

Siyasi       Tarix: 10 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər