Gürcü nazir azərbaycanlı gənclərlə görüşdü - FOTO
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə azərbaycanlı gənclərlə görüş keçirib.
Görüşdə gənclərə Gürcüstanın işğal altında olan ərazilərində mövcud vəziyyət və ölkənin sülh siyasəti barədə məlumat təqdim olunub.
Azərbaycanlı gənclər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. K.Tsixelaşvili onları maraqlandıran sualları cavablandırıb.
Dövlət nazirinin sözlərinə görə, hər bir vətəndaşın ölkənin həyata keçirdiyi sülh təşəbbüsləri barədə məlumatlı olması olduqca vacibdir: "Bu cür görüşlər vaxtaşırı keçirilir. Mənim üçün yalnız gəncləri məlumatlandırmaq deyil, onların fikirləri ilə tamış olmaq da əhəmiyyətlidir. Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir. Əksər hallarda maraqlı ideya və layihələr gənclər tərəfindən irəli sürülür".
Görüşdə dövlət nazirinin müavini Lia Giqauri, Marneuli rayonunun rəhbəri Zaur Darğallı da iştirak ediblər (Report). /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək