Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında mühafizə zonası yaradılacaq

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında mühafizə zonası yaradılacaqGürcüstanın Vaşlovani Milli Parkı və Azərbaycan-Gürcüstan dövlət sərhədi arasında mühafizə zonası yaradılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Gürcüstan hökumətinin bugünkü iclasında qurumun Nuqzar Zazanaşvili adına çoxfunksiyalı Samux vadisində mühafizə ərazisinin yaradılması və idarə olunmasına dair hazırladığı qanun layihəsi bəyənəlib.
"Yaradılacaq zona Gürcüstanda tanınmış ekoloq və şair Nuqzar Zazanaşvilinin adını daşıyan ilk mühafizə ərazisi olacaq. Nuqzar Zazanaşvilinin birbaşa iştirakı ilə ölkədə bir çox qorunan ərazilər yaradılıb, həmçinin 2013-cü ildən ceyranların populyasiyasının bərpa layihəsi fəal şəkildə həyata keçirilib", – məlumatda deyilir.
Nazirlikdən bildirilib ki, 1990-cı illərdə Gürcüstanda ceyranların nəsli tam kəsilib. Ceyranların populyasiyasının bərpası üzrə layihə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) və Azərbaycan hökumətinin fəal dəstəyi ilə həyata keçirilib. Bu gün Samux vadisində ceyranların populyasiyasının sayı 200-ü ötüb. Bu il onların artıq səkkizinci nəsli dünyaya gəlib.
Qurumdan qeyd edilib ki, qorunan ərazinin yaradılması regionda ceyranların uzun müddət yaşamasına, biomüxtəlifliyin qorunmasına, ekoturiz və ənənəvi qoyunçuluğun inkişafına və otlaqlardan davamlı istifadəyə imkan verəcək.//Report
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 06 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video bugünkü son xəbərlər cəbhədən son durum az xeber