Gürcüstan bəzi ölkələrlə hava əlaqəsinin açılması barədə danışıqlara başlayıb
Gürcüstan bəzi ölkələrlə hava əlaqəsinin açılması barədə danışıqlara başlayıb
Gürcüstan hökuməti bir sıra qonşu ölkələrlə uçuşların bərpası barədə danışıqlar aparır.
"Sputnik Gürcüstan" bu barədə ölkənin İqtisadiyyat və İnkişaf naziri Natia Turnavaya istinadla xəbər yayıb:
"Koronavirusun yayılması ilə əlaqədar olaraq, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi hökm sürür. Eyni zamanda, bütün istiqamətlərə müntəzəm uçuşlara qadağa qoyulub. Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, qadağa mayın 22-də ləğv ediləcək, ancaq bu, son tarix olmaya bilər.
Artıq düşünürük ki, tələblərə ciddi riayət etməklə müəyyən istiqamətlərdə müntəzəm uçuşları bərpa edə bilərik. Lakin bu, danışıqlar apardığımız ölkələrin iradəsindən və vəziyyətdən asılı olacaq", - deyə N.Turnava jurnalistlərə bildirib.
İqtisadiyyat Nazirliyinin rəhbəri Gürcüstanın hansı ölkələrlə danışıqlar apardığını açıqlamayıb.
N.Turnava daha əvvəl bildirmişdi ki, Gürcüstan turistlərə qapısını ilk açan ölkələrdən biri olmaq niyyətindədir.
Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxaria isə bir müddət əvvəl ölkə sərhədlərinin ilin sonuna qədər açılmasının mümkün olmayacağını demişdi. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var