"Gürcüstan Ermənistana dəstək göstərməklə regionda təhlükə riskini artırır" - İLGİNC DETALLAR

Cənubi Qafqaza soxulmaq istəyən Fransa öz niyyətinə çatmaq üçün real addımlarını davam etdirir. Ermənistan ərazisində müşahidə missiyasını yerləşdirən Avropa Birliyinin nümayəndələri arasında Fransa jandarmalarının çoxluq təşkil etməsi də təsadüfi deyil. Fransanın Ermənistanda hərbi-siyasi mövcudluğu bununla bitmir. Rusiyanı regiondan sıxışdırıb çıxarmaqda israr edən Fransa Ermənistanı silahlandırmaqla bölgədə hərbi balansı da dəyişmək niyyətindədir. Artıq Fransanın Ermənistana göndərdiyi silahlar Gürcüstan vasitəsilə Ermənistana daşınır. Deməli, Qərb Cənubi Qafqazda müharibə riskini saxlamaqda maraqlıdır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Fransa hər vəchlə regionda öz maraqlarını qoruyub-saxlamaq və bunu məhz Ermənistan hesabına reallaşdırmaq niyyətindədir:
"Ermənistan yalnız alət və vasitədir. Qərb öz məqsədinə çatmaq üçün ermənilərə siyasi dəstəklə yanaşı, hərbi dəstək də göstərir. Gürcüstanın Poti limanı üzərindən hücum xarakterli zirehli maşınların Ermənistana verilməsi göstərir ki, rəsmi Paris regionda müharibə riskini və hərbi cəhətdən qüvvələr balansını bərabərləşdirməyə çalşır. Paris ilk növbədə Ermənistanla dostluğunu və qardaşlığını nümayiş etdirərək, daxili auditoriyada ermənilərin rəğbətini qazanmağa çalışır. Çünki Makron ikinci dəfə prezident seçiləndə Fransadakı ermənilər qarşısında öhdəlik götürmüşdü. İndi sanki onlara qarşı vəfa borcunu yerinə yetirməyə çalışır".
Fransa silahlarının Ermənistana Gürcüstan üzərindən daşınmasına da toxunan ekspert bildirib ki, bu məsələdə Gürcüstanın Avropa İttifaqına namizədliyi rol oynaya bilər:
"Gürcüstan 44 günlük Vətən müharibəsi dövründə öz ərazisindən silah daşınmasına icazə verməmişdi. Azərbaycan bunu çox yüksək qiymətləndirdi və hökumətin bu davranışı dost addımı kimi dəyərləndirildi. Onların hazırkı yanaşması isə qeyri-dost addımıdır. Aydındır ki, bu silahlar, texnikalar Azərbaycana qarşı yönələcək. Çünki Ermənistan hazırkı status-kvonu qəbul etmir, reallıqlarla barışmır. Ölkəmizə qarşı hər müstəvidə, hər platformada riyakar və həqiqətdənuzaq açıqlamalar, bəyanatlar eşidirik. Gürcüstan da Ermənistana dəstək göstərməklə regionda təhlükə riskini artırır. Xatırlayıram ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili neytral vasitəçi olduğunu qeyd etmişdi. Bu, qeyri-dost hərəkəti Gürcüstanın vasitəçilik imkanlarını da sıfıra endirir. Burada bir neçə faktoru nəzərdən keçirirəm. Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinin qeydə alınmasının məsələyə birbaşa aidiyyəti var. Gürcüstan buna qədər silahların ötürülməsinə, logistik dəstəyə tərəddüd edirdi. Görünür, Tbilisi öz mövqeyində korrektələr edib. Digər bir komponent Salomi Zurabaşvilinin adı ilə bağlıdır. Çünki o, əvvəllər Fransa vətəndaşı olub. Yəni bütün faktlar ciddi şəkildə nəzərdən keçirilməli və adekvat addımlar atılmalıdır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər