Gürcüstan niyə islam dövləti olmadı?

Gürcüstan niyə islam dövləti olmadı?Çoxları bilmir ki,  Gürcüstanın indiki paytaxtı Tiflis şəhəri 400 ildən artıqdır ki, böyük və güclü İslam dövlətinin mərkəzi olub. Tiflis Əmirliyi və ya Tiflis Müsəlman əmirliyi!
Bəs doğrudan da Gürcüstan niyə müsəlman dövləti olmadı?
Gürcüstan niyə islam dövləti olmadı?KONKRET.azxəbər verir ki, ərəblərin Gürcüstana ilk gəlişi, islam qoşununun gürcüləri zorla müsəlman etməməyi –  "Datsvil Sigeli"!
Ərəblərin Gürcüstana ilk gəlişi 645-ci ildə baş verdi. Yerli əhali Tiflis və ətraf bölgəni ələ keçirən ərəblərə qarşı müqavimət göstərməyin əbəs olduğunu görərək  andlaşma üçün müraciət etdi. Xəlifə ilə birbaşa məsləhətləşmələrdən sonra 654-cü ildə gürcülərlə ərəblər arasında "Datsvis Sigeli" yəni "mühafizə"sənədi imzalandı. Müqaviləyə əsasən gürcülərin canı, malı və dini toxunulmazlığına zəmanət verilirdi. Bunun müqavilində gürcülər cizyə verəcək və ərəb ordusuna düşmənlər, daha doğrusu xəzərlərlə mübarizədə kömək edəcəkdilər. Ancaq gürcülər bu müqaviləyə sadiq qalmamış , dəfələrlə xilafət əleyhinə olan ittifaqlarda iştirak etdilər.
Ərəblərin Gürcüstanda möhkəmlənməsi az qala bir əsr çəkdi və nəhayət 735-ci ildə ərəb sərkərdəsi Mərvanın başçılığı ilə Tiflis müsəlman əmirliyi qurulur. Əmirlik birbaşa xəlifəyə tabe idi.
Tiflis müsəlman əmirliyi! Ərəblər  bu güclü əmirliyi necə məhv etdilər  
Xilafət dövründə Tiflis İslam dünyası ilə Avropa arasında tampon bölgə olur. Tiflis mərkəzli əmirlik çiçəklənərək bölgənin əsas ticarət və mədəniyyət mərkəzlərindən birinə çevrilir. Vaxt keçdikcə Tiflisin əhalisi əsasən müsəlmanlardan ibarət olur. Bu şəhərdə xristianların sayı çox az idi. Ancaq müsəlmanların təsiri şəhərin özü ilə məhdudlaşdı, ətraflar isə əsasən xristian olaraq qaldı. Cizyə almaq və lazım olan zaman hərbi məqsədlər üçün istifadə edilən gürcülərin müsəlmanlaşmasına ərəblər maraq göstərmirdi. Bu çox sonralar Osmanlı və Səfəvilər dövründə baş verəcəkdi…
Zaman-zaman Abbasi xilafətinin zəifləyir və Tiflis əmirləri itaətdən çıxmağa başlayır. Tiflis əmirliyi həm xilafət, həm də gürcü Baqrotinilər sülaləsi ilə mabürizə aparmağa başlayır. IX əsrin ortalarında Tiflis əmiri İshaq ibn İsmayıl öz müstəqilliyini elan edəndə xilafətin cəza qoşunu Buğa əl Kəbirin başçılığı ilə Tiflisi yandırdı, İshaqın başını kəsdi və beləliklə də Tiflisin gələcəkdə yarana biləcək gürcü islam dövlətinin mərkəzi olmaq şansına birdəfəlik son qoyuldu. Müstəqilliyini davam etdirsə də, Tiflis əmirliyi gürcü qoşunlarının hücumu ilə zaman-zaman kiçilərək az qala Tiflisin özü boyda oldu.
Didi Türkoba-Böyük Türk istilası
Tiflisin işğalı an məsələsi idi. Lakin 1070-1080-ci illərdəki Səlcuq istilaları gürcülərin irəliləyişinin qarşısını aldı və Tiflisin istilası düz yarım əsr gecikir. Gürcüstana yeni islam axını Səlcuq türklərinin gəlişi ilə oldu. Gürcülər buna didi türkoba və ya böyük türk istilası deyirdilər. Gürcü kralları və zadəganları səlcuq axının qarşısını almaq gücündə deyildilər. Bir gürcü tarixçisi yazırdı ki "türklər hər yerdədilər". Tiflis birbaşa səlcuqluların nəzarətinə keçir.
Gürcüstan niyə islam dövləti olmadı?IV David necə Qurucu oldu?! Gürcülərin ən uğurlu hökmdarı və gürcü Qızıl Dövrünün memarı
Etiraf etmək lazımdır ki, o doğrudan da öz xalqının qurucusu  idi.
1089-cu ildə 16 yaşlı IV David kral olduqdan sonra dağılmış, xarabalığa çevrilmiş, əhalisi dağlarda və meşələrdə gizlənən bir ölkəni miras aldı. Gürcü kralı planlı siyasət yürütməyə başlayır. Onun məqsədi ölkədə nizam-intizam yaratmaq, düşmənləri ram etmək, üsyankar feodalları cilovlamaq, dövlət idarəçiliyini mərkəzləşdirmək, Səlcuqlu əsgərlərinə daha yaxşı müqavimət göstərə biləcək yeni ordu yaratmaq və Səlcuqlu imperiyasına ödənən verigini ödəməmək idi.
Gürcülərin dirçəlişi Səlcuqluların ağır bir dövrünə düşürdü. Dövlət parçalanmağa başlamış, səlib ordusu və Bizans dövlətinin hücumları başlamış, Səlcuqlular içində daxili qarışıqlıqlar artmışdı.
IV David bütün bu baş verənlərdən istifadə edərək qonşu islam ölkələrinə hücuma keçmək qərarına gəldi. Onun birinci işi səlcuqlulara ödədiyi vergini kəsmək, ardınca isə hərbi nizami ordu formalaşmasını başa çatdırmaq oldu.
Gürcüstan niyə islam dövləti olmadı?Bütpərəst türk xalqı olan qıpçaqların Gürcüstana dəvəti
IV Davidə qədər gürcü qoşunu ehtiyac olduğu zaman kralın çağırdığı zadəganların  döyüşçülərindən ibarət idi. Hər an etbarsızlıq edə biləcək bu yığma orduya qarşı IV David onun bilavasitə komandanlığı altında daimi və nizami ordu yaratmağı qərara aldı. Bunun üçün orduda döyüşçülər tapmaq və saylarını  artırmaq lazım idi.  David başa düşürdü ki, gürcü əhalisinin orduya cəlbi ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olacaqdı. Ona görə də bu əsgərlər qeyri-gürcülərdən seçilməli idi.
Bunun üçün ən uyğun xalq qıpçaqlar idi. Çünki gürcü kralı qıpçaqların döyüşlərdəki igidliyini, yürüşlərdə çevikliyini, döyüşlərdə amansızlığını, istədikləri yerləri asanlıqla tuta bilmələrini yüksək qiymətləndirirdi. Üstəlik, qıpçaqlar yaxınlıqda yaşadıqlarından və yerli xalq olduqlarından başqa xalqlarla müqayisədə ölkəyə asanlıqla gəlib uyğunlaşa bilirdilər. Zira xristianlaşdıra bilsəydi gürcü xalqı yeni qanla daha da möhkəmlənəcəkdi. Hadisələr IV Davidin istədiyi kimi oldu.
Qıpçaqların ruslarla savaşda məğlub olmaları onların Gürcüstana gəlmələrini daha asanlaşdırdı. IV David Qıpçaq xanı Ətrakın məşhur gözəllər gözəli  qızı Quranduxtla evlənərək onlarla qohumluq əlaqəsi qurur.
Artıq 40 min qıpçaq ordusu Gürcü kralının əmrində idi… və Tiflis əmirliyinə basqılar daha artmağa başlayır.
Gürcüstan niyə islam dövləti olmadı?Tarixdə gürcülərin yeganə böyük qələbəsi məşhur Didqori döyüşü. Müharibə necə başladı
Məlumatlardan biri budur ki,  IV Davidin əlində bezən Gəncə, Tiflis və türkmən tayfalarının nümayəndələri  əlləri, üzləri və bütün bədənləri qara paltarla örtülmüş halda  İraq Səlcuqlu Sultanı Mahmudun  yanına gedib başlarına gələn müsibətləri Sultana danışdılar. Mahmud məşhur sərkərdəsi  İlqazinin komandanlığı ilə gürcülərə qarşı səfər etmək qərarına gəldi.
Gürcülər tərəfindən şişirdilmiş rəqəmlər
Bu müharibə zamanı Səlcuqlu ordusundakı əsgərlərin sayı ilə bağlı çox fərqli rəqəmlər ifadə edilir. Bu məsələ ilə bağlı müasir gürcü tarixçiləri arasında yekdil fikir yoxdur. Tarixçi ibn Əl Əsir Səlcuq ordusundakı əsgərlərin sayının 30 min olduğunu iddia edərkən, erməni və gürcü tarixçiləri bu rəqəmi 600 minə qədər aparıb çıxarırlar. Lakin Didqori savaşından cəmi iki il əvvəl sərkərdə İlgazinin ordusunun səlibçilərlə Telli-Afrin döyüşündə cəmi 20 min adamın olması faktı da Didqori döyüşündə səlcuqlu döyüşçülərinin sayının 30 min və ya bir qədər çox olması faktını təsdiq edir.
Səlcuqluların "Zəfər xəstəliyi" onların məğlubiyyətinə səbəb olur – Didqori döyüşü
Gürcüstan niyə islam dövləti olmadı?12 avqust 1221-ci il gürcü tarixinin böyük zəfər günü hesab olunur.  Döyüş Didqori dağları arasında baş verir. Davidin qoşunu gürcü, qıpçaq və səlib ordusunun fransız cəngavərlərindən ibarət idi. Döyüş başlamamışdan vadiyə girən gürcü qoşunlarının geri çəkilməməsi üçün David yolu ağaclar və kollarla bağlayaraq əsgərlərinə ölümünə döyüşməyi əmr etdi.
Döyüşdən qabaq danışıqlar aparmaq bəhanəsi ilə kiçik qıpçaq dəstəsi səlcuq ordusuna yaxınlaşır. Səlcuqlu sərkərdələrinə yaxınlaşan dəstə müsəlmanların onlara güvənməsindən istifadə edərək oxlarla hücum etdi. Beləliklə səlcuq ordusunda ilk qarışıqlıq başladı. Qıpçaqların ardınca Davidin ağır geyimli səlibçi cəngavərləri yüngül geyimli və oxlarla silahlanmış səlcuqlu döyüşçülərinə hücum etdi.  Ardınca dağlarda gizlədilmiş qıpcaq və gürcü dəstələrinin hücumu ilə səlcuqlu ordusu dağılmağa balayır. Döyüşün taleyini İlgazinin ağır yaralanaraq döyüş meydanını tərk etməsi  və ordunun lidersiz qalması həll etdi.
Gürcü piyadaları isə döyüşə qoşulduqda səlcuq qoşunları panikaya düşdü . Bu təşviş döyüşdə iştirak etməyən  arxa mühafizə dəstələrinin kütləvi şəkildə qaçmasına və nəhayət böyük məğlubiyyətə səbəb oldu. Gürcü salnaməçisinin yazdığına görə, kral IV Davudin qoşunları üç gün onların ardınca getmiş və çoxlu əsir almışdı.
Səlcuqluların məğlub olmasının əsas səbəbi dalbadal qazanılmış qalibiyyətlərdən zəfər sərxoşluğuna tutulmaları və düşməni ciddiyə almamaları idi.
Növbə Tiflis əmirliyinə çatır
Didqori qələbəsindən sonra gürcü kralı şəhəri mühasirəyə aldı. Bu mühasirə nəticəsində 400 il müsəlmanların hakimiyyəti altında olan Tiflis şəhəri gürcülərin hakimiyyəti altına keçdi. Şəhərin işğalından dərhal sonra 500 nəfərə işgəncə verib qətlə yetirən gürcülər daha sonra şəhərin böyük hissəsini yandırdılar. Tarixçilər yazır ki, gürcülər üç gün şəhəri qarət etdikdən sonra onlar şəhər əhalisini nəhayət sakitləşdirib bəzi vədlər verdilər: "Şəhərin müsəlman hissəsinə donuzlar gətirilməməli, kəsilməməli vəticarəti olmamalı, onlara məxsus bir üzündə sultan və xəlifənin, digər üzündə isə Allahın adı yazılmış sikkələrin çapı, dini mərasimlərini və ayinlərini tam sərbəst yerinə yetirmək, Tiflisdəki İsmayıl hamamına gürcü, erməni və yəhudiləri buraxmamaq" və s idi.
Gürcülərə böyük şöhrət qazandıran Didqori qələbəsi səlibçilərə Gürcüstanı xristianlığın şərq qalası kimi görməyə imkan verdi. Qələbə gürcülərdə türklərin yenilməz olduqları fikrini aradan qaldırdı. Hər il avqust ayının ortalarında gürcülər bu məşhur döyüşü Didqoroba günü kimi qeyd edirlər.
Beləliklə, Tiflisdəki Müsəlman Əmirliyi yox oldu.Gürcüstan Krallığı bu regionun ən güclü dövlətlərindən birinə çevrilir. Didqori döyüşündən sonra Tiflisi ələ keçirən gürcülər tarixlərində ilk dəfə öz ölkələrinin şərq və qərb hissələrini birləşdirərək Gürcüstan adlı bir ölkə qurdular. Monqolların gəlişinə qədər…//Musavat

Siyasi       Tarix: 22 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

Ərdoğandan İsrailə: "Qəzza qatillərinin iftirasına yer yoxdur!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması barədə qərarına sərt reaksiya verib. KONKRET.azxəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodrigesə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Venesuelada baş vermiş güclü zəlzələ nəticəsind

Nazir: 'Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nd

ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin uzun müddətdir daimi səfirsiz fəaliyyət göstərməsi Vaşinqtonun Cənubi Qafqaz siyasəti ətrafında müzakirələri yenidən gündəmə gətirib. Regionda geosiyasi prosesləri

"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir

"Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəy

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarə

Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bak


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 sonxəbər xabar az son xeberler bugun