Gürcüstan prezidenti Mehriban Əliyevanı təbrik etdi
Gürcüstan prezidenti Mehriban Əliyevanı təbrik etdi
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.
AZƏRTAC-da dərc edilən təbrik mətnində deyilir:
"Zati-aliləri, əziz Mehriban,
Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram.
Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir.
Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı.
Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır.
Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm.
Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəylik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək.
Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznlə başsağlığı verirəm.
İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.
Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım". /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu