Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, şübhəli şəxslər Gürcüstanda sərhədçilər tərəfindən Ermənistana gedən avtobusda saxlanılıblar. Buna onların qadağan edilmiş yük aparmaları səbəb olub. Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib. Səfirliyin əməkdaşları sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gəliblər. Bundan əvvəl isə yerli mətbuat gömrük buraxılış məntəqəsində kokain və həşişin aşkarlandığını bildirib. Hazırda faktla bağlı istintaq aparılır. Qeyd edilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırılıb. Gürcüstanın Cinayət Məcəlləsinə əsasən qadağan edilmiş əşyaların daşınmasına görə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məlumata görə, avtobusu Ermənistan vətəndaşı idarə edib.
Faktla bağlı avtobusun bütün sərnişinləri sorğu-sual olunub.(Report) /publika.az

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"