Gürcüstanda komendant saatı yenidən tətbiq olunur
Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turundan sonra komendant saatı yenidən tətbiq olunur.
Publika.az xəbər verir ki, seçkilərin ikinci turu ilə əlaqədar komendant saatı ləğv edilmişdi. Lakin hökumət yaranan epidemioloji vəziyyəti nəzərə alaraq qadağaların yenidən tətbiqinə qərar verib.
Noyabrın 22-dən başlayaraq Tiflis, Kutaisi, Batumi, Rustavi, Zuqdidi, Qori və Poti şəhərlərində saat 22:00-dan 05:00-dək komendant saatı tətbiq olunacaq.
Qərara əsasən, bu qadağa nəqliyyat və şəxsi avtomobillərin istifadəçiləri ilə yanaşı piyadalara da şamil olunacaq.
Lakin məhdudiyyətlər beynəlxalq yük daşımalara, Əməliyyat Qərargahı ilə razılaşdırılaraq hərəkəti rəsmi vəzifələrin icrası üçün vacib olan şəxslərə və həmin şəxslərin nəqliyyat vasitələrinə, o cümlədən tibbi və əczaçılıq, strateji və media nümayəndələri və çatdırılma xidmətləri hesab olunan kuryerlərə şamil olunmayacaq.
Komendant saatının qaydalarını pozan, qanuna tabe olmayan fiziki şəxslərə 2 000, hüquqi şəxslərə isə 10 000 lari cərimə tətbiq olunacaq.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək