Gürcüstanda türk milyonçu HƏBS EDİLDİ

Gürcüstanda türk milyonçu HƏBS EDİLDİTürk əsilli milyonçu Qalip Öztürk Gürcüstanda həbs edilib və məhkəmənin qərarı ilə istintaq müddəti ərzində həbsdə qalacaq.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı "Novosti Georgia" nəşri yayıb.
Məlumata görə, xüsusilə külli miqdarda qanunsuz narkotik saxlamaq ittihamı ilə onu 8 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası gözləyir.
Müdafiə tərəfi Öztürkün zaminə buraxılması üçün bir milyon lari (təxminən 330 min dollar) təklif etsə də, məhkəmə rədd cavabı verib.
Qalip Öztürkün Gürcüstandakı biznesi son bir neçə ildə daimi jurnalist araşdırmalarının mövzusu olub.
Türkiyədə də Öztürk maliyyə sui-istifadəsinə görə bir neçə dəfə istintaqa cəlb edilib, hər dəfə vəkilləri işləri dayandırmağa çalışıblar. Lakin 2018-ci ildə Türkiyə məhkəməsi Öztürkü qətl işi üzrə ömürlük həbs cəzasına məhkum edib.
O, əvvəllər ikinci vətəndaşlıq aldığı Gürcüstana getməyi bacarıb.
Mətbuatda yayılan məlumatlara görə, 2020-ci ilə kimi Öztürk Gürcüstana 500 milyon dollar sərmayə qoyub.
Roman Göytürk, 
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Hadisə       Tarix: 03 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou son xəbərlər bugün 2026 novruz bayramı xeber.az