Gürcüstandan Rusiya və Belarusa İXRAC QADAĞASI
Gürcüstan avqustun 1-dən Amerika avtomobillərinin Rusiya və Belarusa ixracına və təkrar ixracına qadağa qoyub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Avropa avtomobilləri üçün də oxşar qadağa sentyabrın 26-dan qüvvəyə minəcək.
Belə ki, qadağa Aİ-nin 11-ci sanksiya paketinə uyğun olaraq tətbiq edilib, ona əsasən mühərrikinin həcmi 1900 kubsantimetrdən (1,9 litr) çox olan avtomobillərin, eləcə də elektrik və hibrid maşınlarının Rusiyaya idxalı qadağan edilib.
Gürcüstanın Maliyyə Nazirliyinin açıqlamasına görə, ixrac müqaviləsi iyunun 25-dən əvvəl imzalanmış Avropa avtomobillərini sentyabrın 25-dək Gürcüstandan Rusiyaya idxal etmək mümkün olacaq.
Qeyd edək ki, avtomobillər Gürcüstanın Rusiyaya üçüncü ən böyük ixracatıdır. 2023-cü ilin ilk altı ayında Rusiyaya 53 milyon dollar dəyərində 3786 avtomobil daşınıb. Bu müddət ərzində Rusiyaya avtomobil ixracının həcmi illik ifadədə 274% artıb.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi