Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa dair layihələr təqdim edəcək
"Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda sülh təşəbbüsü, həmçinin regionun iqtisadi inkişafı ilə bağlı planların təqdimatını keçirəcək".
azxeber.com xəbər verir ki, bunu Gürcüstanın Almaniyadakı səfiri Levan İzoriya deyib.
Onun sözlərinə görə, İ.Qaribaşvilinin çıxış edəcəyi paneldə xüsusən Azərbaycan və Ermənistanla əməkdaşlıqla bağlı konkret layihələr təqdim olunacaq:
"Müzakirələrə yüksək səviyyəli siyasətçilər, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell və ATƏT-in Baş katibi cəlb olunacaq".
L.İzoriya Gürcüstan Baş nazirinin konfrans çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlərinin planlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 18-20 fevral tarixində keçiriləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var