Gürcüstanın yeni Baş naziri o ola bilər
Gürcüstanın hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidzenin namizədliyi ölkənin Baş naziri postuna irəli sürüləcək.
KONKRET.azxəbər verir ki, bu barədə məlumatı "İmedi" telekanalı yayıb.
Bildirilir ki, ölkənin hazırkı Baş naziri İrakli Qaribaşvili isə partiyanın sədri vəzifəsinə təyin ediləcək.
Telekanalın məlumatına görə, yanvarın 24-ü sözügedən partiyanın Siyasi Şurasının iclası baş tutub. İclas zamanı fevralın 1-i partiyanın qurultayının keçirilməsi və bu zaman dəyişiklərin elan edilməsi barədə qərar qəbul edilib.
Bununla yanaşı, Kobaxidzenin "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının siyasi katibi də olacağı qeyd olunub.
Qeyd edək ki, Qaribaşvili Baş nazir vəzifəsini iki dəfə – 2013-2015 və 2021-2024-cü illərdə icra edib. Kobaxidze isə 2021-ci ilin yanvarından hakim partiyanın sədridir.Qafqazinfo

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR