Gürcüstanlı politoloq: "Tbilisinin Bakı ilə daha dərin münasibətləri var, nəinki İrəvanla

Gürcüstanlı politoloq: "Tbilisinin Bakı ilə daha dərin münasibətləri var, nəinki İrəvanlaGürcüstanlı politoloq: "Tbilisinin Bakı ilə daha dərin münasibətləri var, nəinki İrəvanla"
Gürcüstan xarici siyasətdə daha aktiv olub: son həftələrdə Gürcüstan hökumətinin nümayəndələri Azərbaycan, Ermənistan və Ukraynaya səfərlər etdilər. Ancaq söhbət Cənubi Qafqazdan gedirsə, onda bir hiss yaranır ki, Qarabağda Vətən müharibəsi bitdikdən sonra Gürcüstan bir növ itirilmiş görünür.
Gürcüstanlı politoloq və Qafqaz üzrə ekspert Arçil Sixarulidze Caliber.Az-a müsahibəsində deyib ki, Gürcüstan sadəcə itmiş kimi görünmür, o, ümumilikdə Cənubi Qafqazı tərk edib:
- Gürcüstan siyasi elitası özünü çoxdan və çox sıx şəkildə Qərblə əlaqələndirib. Qərbin və liberal demokratiyanın olduğu yer hardadırsa, Gürcüstan ordadır. Əgər yoxdursa, deməli orada Gürcüstan da yoxdur. Və bu elitalar (gürcü dili - red.) Cənubi Qafqaza Rusiyanın hökmranlığı zonası kimi baxdığından, Tbilisi Gürcüstanı Cənubi Qafqazın bir hissəsi deyil, Qara dənizin və ya Qara dəniz bölgəsinin bir hissəsi olduğunu göstərməyə çalışır. Bu anlayış bizdə daha üstündür.
Ona görə də, təkrar edirəm, Gürcüstan sadəcə Cənubi Qafqazda itməyib, o həm də özünü bu bölgənin bir hissəsi kimi tanınmasından imtina edir.
- Gürcüstan rəsmilərinin son vaxtlar Azərbaycan və Ermənistana səfərlərinin səbəbləri nə ilə əlaqədardır?
- Mənim dəqiq bir cavabım yoxdur. Erməni xalqının Gürcüstan üçün qardaş olduğu elan edilir, lakin Gümrüdəki Rusiya bazası bağlanmalıdır. Azərbaycan Gürcüstanın asılı olduğu enerji mənbələrinə malikdir. Bu, məsələ ilə bağlı əsas bilgilərdir. Tbilisinin heç bir aktiv mövqeyi yoxdur. Əsas odur ki, Azərbaycandan neft və qaz ölkəyə daxil olsun, Gümrüdəki Rusiya hərbi bazası, əvvəl dediyim kimi bağlansın və Gürcüstan NATO-ya qəbul edilsin.
Bu arada, geopolitik reallıq dəyişdi, Bakı bölgədəki "kartları qarışdırdı" və hərbi qüdrətindən istifadə edərək güc nisbətini dəyişdirdi. Gürcüstanın siyasi elitaları bunu başa düşürlər, amma hər şeyi əvvəlki qaydada saxlamaq istəyirlər, mən Gürcüstanın Azərbaycan və Ermənistanla münasibətlərini nəzərdə tuturam.
- Cənubi Qafqazdan Qara dəniz bölgəsinə bu tendensiya Gürcüstan və Azərbaycanın regional layihələrinə necə təsir edəcək?
- Tbilisinin Bakı ilə daha dərin əlaqələri var, nəinki İrəvanla. Azərbaycan Gürcüstanın enerji mənbələrinə olan tələbatını tam ödəyir, ölkə neft və qaz tranziti üçün mərkəz olaraq qalır. Qərb də buna maraq göstərir və dolayısı ilə Gürcüstan da. Ancaq Rusiya və Türkiyənin artan təsiri Gürcüstanın liberal elitaları tərəfindən birmənalı qarşılanmayacaq.
- Yeri gəlmişkən, Tbilisinin gələcəkdə Zəngəzur dəhlizinin Naxçıvana və Türkiyəyə açılmasına reaksiyası barədə nə deyə bilərsiniz?
- Gürcüstan Qərb üçün faydalı olan Qara dənizdəki dərin Anakliya limanının layihəsinə yönəlib. Qalan hər şey ikinci dərəcəlidır. Hətta "altılıq qrupu"nun layihəsi (Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran, Ermənistan) Gürcüstan elitasının bir hissəsi tərəfindən pis qarşılandı. Nəticədə Tbilisi Rusiyanın olacağı istənilən əməkdaşlıq formatında iştirak etməyəcəyini açıqladı. Ancaq bu məntiqdən çıxış etsək, Gürcüstan BMT, ATƏT və Rusiya Federasiyasının iştirak etdiyi digər təşkilatlardan çıxmalıdır. /oxu.az

Siyasi       Tarix: 24 may 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat