Haaqada Xocalı qurbanlarının xatirəsinə abidə qoyulub - FOTO
Haaqada Xocalı qurbanlarının xatirəsinə abidə qoyulub - FOTO
Niderland Krallığında fəaliyyət göstərən Niderland Azərbaycan – Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənın açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin Niderlanddakı səfiri Şaban Dişli, Niderland parlamentində Denk partiyasını təmsil edən millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropadakı müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Niderland Azərbaycan – Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının çıxışından sonra abidənin açılışı olub, ətrafına əklil qoyulub və gül dəstələri düzülüb. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məzarlığın toplantı zalında davam etdirilən tədbirdə Fikrət Axundov, Şaban Dişli, İlhan Aşkın, Linda Jansen, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və başqaları çıxış ediblər.
Natiqlər erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətin faciəsi olduğunu və onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına və müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağın vacibliyi vurğulanıb.





Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub