Hacıbala Abutalıbov Bakıya QAYITDI

Hacıbala Abutalıbov Bakıya QAYITDIBakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov bir müddət öncə köçüb getdiyi Qax rayonunun Ağçay kəndindən geri – paytaxta qayıdıb.
KONKRET.azxəbər verir ki, Modern.az saytına verilən məlumata görə, sabiq mer dünən Bakıda görünüb.
Saytımızı məlumatlandıran mənbə Hacıbala Abutalıbovun Bakıya daimi deyil, müvəqqəti gəldiyini bildirib. Onu Bakının Qaraçuxur qəsəbəsindəki evinin həndəvərində görüblər. Hacıbala Abutalıbovun paytaxta şəxsi məsələyə görə – sağlamlığındakı problemlə bağlı gəldiyi ehtimal olunur.
Əməkdaşımız sabiq merlə əlaqə saxlayaraq, ondan Bakıya gəlişinin səbəbini dəqiqləşdirməyə çalışsa da, Hacıbala Abutalıbov telefon zənglərinə cavab verməyib.
Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Qax rayonunun Ağçay kəndində yaşayır. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.
Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov bir müddət öncə Modern.az-a açıqlamasında demişdi ki, Hacıbala müəllim kənd arasına çıxmır, vaxtını əsasən Ağçayda yerləşən villasının həyətində keçirir.
Hacıbala Abutalıbovun iki oğlu var və onların ayrı yaşadığı bildirilir.
H.Abutalıbov 1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Baş nazirin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvar ayında Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilib.
Düz 18 il Bakı Şəhəri İcra Hakimiyyətinə rəhbərlik edən Abutalıbov 21 aprel 2018-ci il tarixndə bu vəzifədən azad edilib. Elə həmin gündə Prezidentin sərəncamı ilə Baş nazirin  müavini təyin edilib.
21 oktyabr 2019-cu ildə Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsindən də azad edilərək təqaüdə göndərilib.
2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Hacıbala Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.
O, hazırda YAP-ın Veteranlar Şurasının üzvüdür.

Siyasi       Tarix: 22 mart 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bugünki xəbərlər hava proqnozu